ABŞ Prezidenti Co Bayden İran hakimiyyətini Nobel sülh mükafatına layiq görülmüş Cənubi Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədini dərhal azad etməyə çağırıb.
QAZİLER. AZ Axar.az-a istinadla xəbər verir ki, bununla bağlı Ağ Evin saytında bəyanat yerləşdirilib.
Bayden bildirib ki, ABŞ insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan İran rəsmilərinin cavabdehlik tələbini davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Tehranın Evin həbsxanasında saxlanılan, Güney Azərbaycanın Zəncan şəhərindən olan siyasi məhbus Nərgiz Məhəmmədi 16 il müddətinə azadlıqdan məhrum edilib.