Liviya sahillərində Sərhədsiz Həkimlər Təşkilatının gəmisi Aralıq dənizini keçməyə çalışan 258 qeyri-qanuni miqrantı xilas edib.
QAZİLER. AZ AZƏRTAC-a istinadən xəbər verir ki, xilas edilənlər Neapol yaxınlığındakı Salerno limanına aparılıb. Miqrantların əksəriyyəti Suriya və Misirdəndir.
Oktyabrın 2-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı xəbərdarlıq edib ki, İtaliya bu il 2016-cı ildən bəri ən böyük miqrant axını ilə üzləşə bilər. 2023-cü ilin yanvarından indiyədək İtaliyaya 133 mindən çox miqrant gəlib.
Bundan əvvəl İtaliya hökuməti qeyri-qanuni miqrantlarla mübarizə üçün yeni tədbirlər görərək, onların saxlanma müddətini 18 aya qədər uzadıb və ölkənin az məskunlaşdığı ərazilərdə qeyri-qanuni immiqrantlar üçün yeni saxlanma mərkəzləri yaratmaq planlarını açıqlayıb.