Çeçenistan rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adəm Çeçenistan Qəhrəmanı adına layiq görülüb.
Apa xəbər verir ki, bunu Dövlət Dumasının Çeçenistandan olan deputatı Adəm Delimxanov deyib.
“Şübhəsiz ki, hörmətli qardaşımız Adəm Ramzanoviç müstəsna bacarıqlı, təhsilli və məqsədyönlü gəncliyin parlaq nümunəsidir. O, gənc yaşlarından liderlik və təşkilatçılıq keyfiyyətlərini nümayiş etdirib, həmişə öz inkişafı üçün çalışırdı və boş vaxt sərf etmirdi”, - deyə Delimxanov "Telegram" kanalında yazıb.
Xatırladaq ki, Qroznıda istintaq təcridxanasında olarkən Adəm "Qurani-Kərim"i yandıran Nikita Juraveli döyüb.
Qroznı polisi bu faktla bağlı təhqiqata başlasa da iş bağlanıb.
Adəmin 15 yaşı olduğu üçün hadisə cinayət məsuliyyəti yaratmayıb