Ukraynanın Kramotor vilayətinin Liman şəhərindəki döyüş bölgəsində Latviya vətəndaşı pilotsuz təyyarənin hücumu zamanı həlak olub.
Qaziler.az bildirir ki, bu barədə Latviyanın Xarici İşlər Nazirliyi Diana Eqlite məlumat verib.
Diana Eqlite qeyd edib ki, səfirlik gələcək tədbirlərlə bağlı mərhumun yaxınları ilə əlaqə saxlayır. Mərhumun yaxınları onun şəxsiyyətinin açıqlanıb-açıqlanmamasına qərar verməlidir.
“Ölən könüllünün vətənə qaytarılması məsələsi həll olunur. Repatriasiya xərclərinin ödənilməsi məsələsi Latviya və Ukrayna tərəflərinin iştirakı ilə həll olunacaq”, - Eqlite bildirib.
QAZİLER.AZ