Uzaq mənzilli “Taurus” raketləri Ukraynanın ayaqda qalması üçün vacibdir. Almaniya onları Ukrayna Silahlı Qüvvələrinə təhvil verməlidir.
Qaziler.az-ın məlumatına görə, Spiegel xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev deyib.
O, “Taurus” silahını ölkənin "sağ qalması" üçün vacib adlandırıb.
"Berlin hələ Kiyevə "Taurus" qanadlı raketlərini vermir - Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev bu qərardan məyus olduğunu bildirib", - materialda deyilir.
O əlavə edib ki, söhbət Ukrayna ordusunun ehtiyaclarından gedir.
QAZİLER.AZ