Fransızlar hökumətin Paris Olimpiya Oyunlarında hicab qadağasını mənasız hesab edirlər

Fransızlar hökumətin Paris Olimpiya Oyunlarında hicab qadağasını mənasız hesab edirlər backend

Fransada hökumətin bu ölkənin idmançılarının 2024-cü il Paris Olimpiya Oyunlarında hicabla iştirakını qadağan edən qərarı cəmiyyət tərəfindən mənasız hesab edilir.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Fransanın idman naziri Amelie Oudea-Kastera sentyabrın 25-də idmanda “sərt dünyəvilik rejimi”nin tətbiqinin tərəfdarı olduqlarını bildirib və olimpiadaya qatılacaq fransız idmançılara hicab qadağası tətbiq edəcəklərini açıqlayıb.

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) də səssiz qaldığı hicab qadağası Fransanın məktəblərdə tətbiq etdiyi əbayə qadağasından sonra baş verib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Marta Hurtado fransalı idmançıların Olimpiadada hicab taxmalarına qoyulan qadağa ilə bağlı açıqlama verib: “İnsan Haqları İdarəsi bildirir ki, ümumiyyətlə, heç kim qadına nə geyinməyi məcbur etməməlidir".

QAZİLER.AZ

Diaspora