Moldovanın keçmiş prezidenti İqor Dodon bildirib ki, Kişinyovda mövcud hökumət xarici qeyri-hökumət təşkilatlarının göstərişi ilə hərəkət etdiyi üçün müstəqil qərarlar qəbul etmək iqtidarında deyil.
Qaziler.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.
“Ölkə indi bizim deyil, "Açıq Cəmiyyət" Fondunun rəhbəri, milyarder Corc Sorosun və müxtəlif qeyri-hökumət ictimai təşkilatlarının himayəsindədir ki, Maia Sanduya və digər “kuklalara” vətəndaşlarımızla nə etmək lazım olduğunu diktə edir", - Dodon deyib.
Qeyd edək ki, bundan əvvəl Dodon Moldovanın hazırkı hökuməti ilə Moskvanın yaxşı münasibətlərinin olmayacağını demişdi. O, Kişinyovun Rusiya Federasiyası ilə münasibətləri pozmaq üçün əlindən gələni etdiyini bildirmişdi.
QAZİLER.AZ