Ukraynada oktyabrın 7-də fırtına xəbərdarlığı elan edilib.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, xəbərdarlıq barədə Ukrayna Hidrometeorologiya Mərkəzi məlumat yayıb.
Sinoptiklərin proqnozlarına görə, pis hava şəraiti bir neçə rayon istisna olmaqla, demək olar ki, bütün ölkəni əhatə edəcək.
“Oktyabrın 7-də gündüz Zakarpatiya və cənub-şərq rayonları istisna olmaqla, Ukraynada küləyin sürəti 17-22 m/s (təhlükə I səviyyəsi, sarı) olacaq”, - xəbərdarlıqda deyilir.
QAZİLER.AZ