Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 26,7 min nəfərin yaşadığı Şimoda şəhərindən (Honsyu adası) 525 km cənub-şərqdə, 10 km dərinlikdə yerləşir.
Sunami təhlükəsi ilə bağlı hələlik heç bir məlumat verilməyib.
APA