“ABŞ ordusu Türkiyə pilotsuz uçuş aparatını təhdid kimi qəbul edərək onu vurub”.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder bildirib.
İki dövlətin müdafiə nazirləri artıq təəssüf hissi doğuran hadisəni müzakirə ediblər. Rayder həmçinin qeyd edib ki, Türkiyəyə məxsus qüvvələrin Amerika qüvvələrini qəsdən hədəfə almasına dair heç bir əlamət yoxdur.
“Komandanlıq pilotsuz təyyarənin yaxınlaşmasını təhlükə kimi qiymətləndirib və F-16-lar onu vurub”, - Pentaqon sözçüsü bildirib.
O, həmçinin qeyd edib ki, Pentaqonun rəhbəri Lloyd Ostin türkiyəli həmkarı ilə vəziyyəti müzakirə edib. Rayder Türkiyənin ABŞ-ın NATO üzrə aparıcı müttəfiqlərindən biri olduğunu vurğulayıb.
QAZİLER.AZ