Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya forumunda bildirib ki, onun Almaniyada hələ də dostları var və üstəlik, öz xalqının maraqlarını güdənlər sayəsində onların sayı daha da artır.
Bu barədə Qaziler.az "Gazeta.ru"ya istinadla bildirir.
“Bilirsinizmi, söhbət Almaniyada hələ də dostlarımın olub-olmamasında deyil. Orada dostlarım var və onların sayı nə qədər qəribə görünsə də, getdikcə artır”, - deyə Putin “Valday”ın moderatorunun sualını cavablandırıb.
Prezidentin sözlərinə görə, Almaniyada dostların sayı öz xalqının mənafeyini güdən və başqalarına xidmət etmək istəməyənlərin sayəsində artır.
QAZİLER.AZ