Ukrayna prezidenri Volodimir Zelenskinin atası, elmlər namizədi Aleksandr Zelenski Ukrayna Nazirlər Kabinetinin qərarı ilə ömürlük təqaüd alıb.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, müvafiq sərəncam Ukrayna Nazirlər Kabinetinin saytında dərc olunub.
Qərarda bildirilib ki, “ali təhsil sahəsində müstəsna xidmətlərinə görə” Aleksandr Zelenskiyə ömürlük təqaüd verilir. Nazirlər Kabinetinin sərəncamında Aleksandr Zelenskidən başqa daha yüzə yaxın müəllimin adı var.
Dövlət İqtisadiyyat və Texnologiya Universitetinin (Krivoy Roq) saytında Aleksandr Zelenskinin 2003-cü ildə “Filiz karxanalarının idarə olunması informasiya sistemində istehsalın planlaşdırılması və uçotunun tədqiqat dəstəyinin metodoloji əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etdiyi bildirilir. 2009-2010-cu illərdə “Filiz karxanaları üçün avtomatlaşdırılmış geoloji və geodeziya dəstəyi sisteminin yaradılması” layihəsi çərçivəsində Ukrayna Prezidentinin istedadlı gənclər üçün qrantının icraçısı olub.
QAZİLER.AZ