Rusiya prezidenti Vladimir Putin iş adamı Yevgeni Priqojinin Sankt-Peterburqdakı ofisində axtarış zamanı 5 kiloqram kokain tapıldığını bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə Putin “Valday” diskussiya forumunda çıxışı zamanı deyib. O əlavə edib ki, ofisdə 10 milyard rubl nağd pul da aşkarlanıb.
"Təəssüf ki, zərərçəkmişlərin qanında spirt və ya narkotik maddələrin olub-olmadığını müəyyən etmək üçün heç bir istintaq-əməliyyat ekspertizası aparılmayıb. Biz bilsək də, Sankt-Peterburqda şirkətdə baş verən məşhur hadisələrdən sonra Rusiya Federal Təhlükəsizlik Xidməti nəinki 10 milyard nağd pul, həm də beş kiloqram kokain aşkar edib. Amma bir daha təkrar edirəm, fikrimcə, belə bir ekspertiza keçirilməli idi, lakin keçirilmədi”, - Putin bildirib.
QAZİLER.AZ