Dünyanın günəş enerjisi ilə işləyən ilk ərazi avtomobili: “Stella Terra” - FOTO

Dünyanın günəş enerjisi ilə işləyən ilk ərazi avtomobili:  “Stella Terra” - FOTO backend

“Eyndhoven” Texnologiya Universitetinin (EUT) tələbələrindən ibarət komanda tamamilə günəş enerjisi ilə işləyən avtomobilin başqa bir versiyasını hazırlayıb.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, “Stella Terra” adlanan avtomobil yolsuzluqda sürmənin çətinliklərinə tab gətirmək üçün yenidən dizayn edilib.

Yolda istifadəyə uyğun olan “Stella Terra” saatda 90 mil (145 km) sürətə malikdir və təxminən 1200 kq ağırlığındadır.

Sözügedən avtomobilin diapazonu aldığı günəş işığının miqdarından asılı olaraq dəyişir. Bununla belə, dizaynerlər avtomobilin məsafəsinin günəşli günlərdə 630 kilometrə qədər olduğunu deyirlər.

Avtomobil gücünü damındakı günəş panellərindən alır, lakin onu digərlərindən fərqləndirən kapotun altındakı quruluşdur.

Asfaltda sınaqdan keçirilmiş digər yeni avtomobil texnologiyalarından fərqli olaraq, “Stella Terra”nın kələ-kötür yollara tab gətirməsidir.

QAZİLER.AZ

Diaspora