Avropa Siyasi Birliyinin toplantısında iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyanın Ukrayna prezidenti Volodimir Zelenski ilə söhbət edərkən fotoları çəkilib.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, Paşinyan Zelenski ilə Rusiyaya qarşı əməkdaşlığı müzakirə edib.
Qeyd edək ki, Avropa İttifaqına sədrlik edən İspaniyanın ev sahibliyi ilə Qranadada 3-cü Avropa Siyasi Birliyinin toplantısı keçirilib. Bir il əvvəl Fransanın təşəbbüsü ilə fəaliyyətə başlayan və 27 Aİ üzvü və 18 Avropa ölkəsini özündə birləşdirən ASB 2022-ci il oktyabrın 6-da Çexiyada, 2023-cü il iyunun 1-də isə Moldovada keçirilən toplantıdan sonra üçüncü iclasını İspaniyada keçirib.
Təxminən iki saat davam edən görüşdə prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev iştirak etməyib.
Ukrayna prezidenti Volodimir Zelenskinin Qranadaya gəlişi isə sammitin gündəmi olub.
QAZİLER.AZ