Türkiyədə yaşayan əcnəbilərin sayı açıqlanıb: 3 milyondan çoxu suriyalıdır

Türkiyədə yaşayan əcnəbilərin sayı açıqlanıb: 3 milyondan çoxu suriyalıdır backend

Suriyada baş verən vətəndaş müharibəsindən sonra ölkədən miqrasiya davam edir. Bundan ən çox təsirlənən ölkələrdən biri isə Türkiyə olub.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Türkiyənin Miqrasiya İdarəsinin sədri Atilla Toros Türkiyədə yaşayn əcnəbilərin sayını açıqlayıb. O, Türkiyədə qanuni olaraq daimi 4 milyon 741 min 115 əcnəbinin yaşadığını və onların 70 faizinin suriyalı olduğunu bildirib:

“28 sentyabr 2023-cü il tarixinə olan məlumata görə, ölkəmizdə qanuni, daimi yaşayan 4 milyon 741 min 115 əcnəbi var. Bunların təxminən 70 faizi müvəqqəti qoruma altında olan suriyalılardır və hazırda 3 milyon 279 min 152 suriyalı müvəqqəti qoruma altındadır.

Ölkəmizə təhsil, turizm, iş, investisiya və ticarət məqsədləri ilə gələn 1 milyon 174 min 13 əcnəbi yaşayış və ya iş icazəsi ilə qalır.

Türkiyədə beynəlxalq mühafizə altında olan 287 min 950 əcnəbi var. 2023-cü ilin avqust ayına olan məlumata görə, 32 milyon 525 min 92 əcnəbi ölkəmizə qanuni şəkildə daxil olub”, - sədrin açıqlamasında qeyd olunub.

QAZİLER.AZ

Diaspora