Türkiyənin Ermənistandakı Normallaşma Prosesi üzrə xüsusi nümayəndəsi səfir Serdar Kılıç, Fransa xarici işlər naziri Ketrin Kolonnanın Ağrı dağının təsvirindən istifadə edərək yaydığı paylaşımla bağlı: "Sizin acınası şəkildə coğrafiya təhsilinə ciddi ehtiyacınız var" deyib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, səfir Kılıç "X" sosial media hesabından Kolonnanın paylaşımından sitat gətirərək reaksiya verib.
Kılıç, "Cənab nazir, o şəkildəki Ağrı dağı Türkiyənin sərhədləri daxilindədir və Türkiyənin ayrılmaz bir parçasıdır. Ona görə də qorxuram ki, səfərinizin məqsədi ilə bağlı ya tamamilə çaşqınsınız, ya da acınası şəkildə əsas coğrafiya təhsilinə çox ehtiyacınız var”, - yazıb.
Kılıç reaksiyasını bu sözlərlə ifadə edib:
“Münasibəti ilə bölgədə sülhün 30 il yubanmasına səbəb olan bir ölkənin xarici işlər nazirinin indi bu cür təxribatlarla bölgədəki normallaşma səylərinə zərər vurmasından narahatam”.
Xatırladaq ki, Fransanın xarici işlər naziri Kolonna paylaşımında: “Ermənistana qayıtdım” sözlərini yazaraq Ağrı dağını özündə əks etdirən şəkil paylaşıb.
QAZİLER.AZ