Latviya 3255 rusiyalıya xəbərdarlıq edib

Latviya 3255 rusiyalıya xəbərdarlıq edib backend

Latviya 3,2 min rusiyalıya respublikanı tərk etmək zərurəti ilə bağlı xəbərdarlıq edib.

Latviyanın Vətəndaşlıq və Miqrasiya İşləri İdarəsi bu ölkədə yaşayan 3255 Rusiya vətəndaşına noyabrın 30-dək respublikanı tərk etmələri barədə bildiriş göndərib.

Qaziler.az bildirir ki, LSM telekanalı bu barədə oktyabrın 5-də departamentin rəhbəri Maira Rouzun açıqlamalarına istinadən məlumat yayıb.

Televiziya kanalı bildirib ki, Latviyada yaşamaq icazəsi (yaşayış icazəsi) olan Rusiya Federasiyası vətəndaşları sentyabrın 1-dək Avropa İttifaqında daimi rezident statusu almaq üçün sənədləri təqdim etməli və ya latış dilindən test imtahanı üçün müraciət etməli idilər. Əks halda, respublika qanunvericiliyinə əsasən, onların yaşayış icazəsi sentyabrın 2-də qüvvəsini itirmiş sayılır.

“Buna görə də, həmin şəxslər 2023-cü il noyabrın 30-dək Latviya Respublikasının ərazisini tərk etməlidir”, - məlumatda deyilir.

Məlumata görə, Rusiya Federasiyasının 3541 vətəndaşı yaşayış icazəsinin uzadılması üçün lazımi şərtləri yerinə yetirməyib, lakin onlardan 200-ə yaxınının elan edilmiş yaşayış ünvanı yoxdur. Nəticədə, departament tərəfindən noyabrın 30-dək respublikada yaşamaq icazəsinə xitam verilməsi və ölkədən çıxmağın zəruriliyi ilə bağlı 3255 nəfərə bildiriş göndərilib.

QAZİLER.AZ

 

Diaspora