Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında həyata keçirilən 3 hava əməliyyatında 58 terrorçu hədəfin vurulduğunu, son bir həftədə isə 37 terrorçunun məhv edildiyini açıqlayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ilin əvvəlindən zərərsizləşdirilən terrorçuların sayı 1388, 25 iyul 2015-ci ildən zərərsizləşdirilən terrorçuların sayı isə 38 min 731 nəfərdir.
İraqın şimalında 1-2-3 oktyabr tarixlərində Metina, Qara, Hakurk, Qəndil və Asosda hava əməliyyatları həyata keçirilib və ümumilikdə 58 terrorçu hədəfi vurulub.
Əməliyyat zamanı terrorçuların istifadə etdiyi və terrorçuların komandanlıq səviyyəli funksionerlərinin olduğu hesab edilən mağara, bunker, sığınacaq və anbarlardan ibarət ümumilikdə 58 hədəf uğurla məhv edilib.
Terror hədəflərinin məhv edilməsi əməliyyatı davam edir.
QAZİLER.AZ