Yunanıstanda dərman təchizatı çatışmazlığı hər gün daha çox insana təsir edir.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Yunanıstan mətbuatında yer alan xəbərlərdə antibiotik, göz damcısı və insulin kimi məhsulların, xüsusilə də uşaqlar üçün nəzərdə tutulan dərmanların tədarük problemi səbəbiylə bir çox insanın çətin vəziyyətdə olduğu bildirilib.
Xəbərdə dərman qıtlığının virusa yoluxma hallarının artdığı bir vaxtda baş verdiyi qeyd edilib və apteklərdə ən azı 140 adda dərmanın olmadığı bildirilib.
Yunanıstanın səhiyyə naziri Mihalis Hrisohoidis dünən qatıldığı radio proqramında onlarla dərman çatışmazlığı olduğunu etiraf edib.
QAZİLER.AZ