Fransa bu həftədən qoşunlarını Nigerdən çıxarmağa başladığını açıqladı

Fransa bu həftədən qoşunlarını Nigerdən çıxarmağa başladığını açıqladı backend

Fransa Baş Qərargahı bu həftədən etibarən hərbi birləşmələrini Nigerdən çıxarmağa başladıqlarını açıqlayıb.

Qaziler.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Fransa Baş Qərargahının açıqlamasında bildirilir ki, prezident Emmanuel Makron sentyabrın 24-də Nigerdə ​​on ilə yaxındır xidmət edən fransız əsgərlərinin hərbi əməkdaşlığının sona çatması səbəbilə geri çəkilməsi təlimatı verib.

Açıqlamada Fransanın Nigerdən hərbi hissələrini bu həftə çəkməyə başladığı və geri çəkilmənin ilin sonuna qədər tamamlanacağı bildirilib.

Məlumatda hərbi birləşmələrin prosesin indiyə qədər problemsiz həyata keçirildiyi vurğulanıb və əsgərlərin Niger ordusu ilə koordinasiyalı şəkildə geri çəkildiyi vurğulanıb.

QAZİLER.AZ

Diaspora