Belçika Ukraynaya F-16 qırıcılarının göndərilməsi imkanlarını araşdırır.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 5-də krallığın xarici işlər naziri Hadca Labib məlumat verib.
O, RTBF televiziyasında deyib: “Müdafiə naziri Ludivine Dedonderdən F-16-nı göndərə biləcəyimiz müxtəlif mümkün ssenarilərin obyektiv təhlilini verməsini xahiş etdik”.
Onun sözlərinə görə, bu, Belçikanın “F-16 koalisiyasının” bir hissəsi olaraq indi edə biləcəyi ən kiçik işdir. Labib qeyd edib ki, o, özü Ukraynaya qırıcı təyyarələrin verilməsinin nə tərəfdarı, nə də əleyhinədir.
“Mən eşidəndə ki, ərazimizi qorumaq üçün bu təyyarələrə ehtiyacımız var, düşünürəm ki, bu gün Belçikanı qorumağın ən yaxşı yolu onları Ukraynaya göndərməkdir”, - deyə o, vurğulayıb.
QAZİLER.AZ