Cənubi Koreya və Yaponiya 9 ildən sonra “strateji dialoq” görüşü keçirib

Cənubi Koreya və Yaponiya 9 ildən sonra “strateji dialoq” görüşü keçirib backend

Cənubi Koreya və Yaponiya 9 ildən sonra iki ölkənin xarici işlər nazirləri müavinlərinin iştirakı ilə ilk dəfə “strateji dialoq” görüşü keçirib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Cənubi Koreya xarici işlər nazirinin birinci müavini Çanq Ho-jin və yaponiyalı həmkarı Okano Masataka Cənubi Koreyanın paytaxtı Seulda görüşüb.

Son 9 ildə ilk dəfə keçirilən “strateji dialoq” görüşündə regional və qlobal problemlər, eləcə də ikitərəfli münasibətlər müzakirə olunub.

Cənubi Koreya və Yaponiya arasında strateji dialoq kanalı 2005-ci ildə yaradılıb, lakin son görüş ikitərəfli münasibətlərin soyumasından sonra 2014-cü ildə keçirilib.

QAZİLER.AZ

Diaspora