Afrika ölkəsində naməlum xəstəlik xəbərdarlığı: 95 tələbə xəstəxanaya yerləşdirildi

Afrika ölkəsində naməlum xəstəlik xəbərdarlığı: 95 tələbə xəstəxanaya yerləşdirildi backend

Keniyanın qərbində təqribən 95 məktəbli qız diaqnozu qoyulmamış xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisədən sonra məktəb qeyri-müəyyən müddətə bağlanıb.

Nayrobidən 374 kilometr şimal-qərbdə yerləşən qıız liseyində 95 şagird xəstələnib.

Səbəbi hələ müəyyən edilməyən xəstəlik səbəbindən şagirdlər xəstəxanaya yerləşdirilib.

Rayon təhsil işçisi Bonface Okoth mətbuata açıqlamasında 95 şagirdin ayaqlarının xəstəlik səbəbindən iflic olduğunu və onların əksəriyyətinin yeriyə bilmədiyini deyib.

Okoth tələbələrin tibbi yardım üçün xəstəxanaya yerləşdirildiyini bildirib.

Hadisədən sonra məktəb rəhbərləri ilə Təhsil Nazirliyinin rəsmiləri arasında keçirilən görüşdən sonra məktəb qeyri-müəyyən müddətə bağlanıb.

Məktəb rəsmiləri xəstəliyin nədən qaynaqlandığı araşdırıldıqdan və lazımi tədbirləri görüldükdən sonra şagirdlərin dərslərinə davam edə biləcəklərini açıqlayıb.

Xəstəliyi müəyyən etmək üçün tələbələrdən qan nümunələrinin alındığını bildirən xəstəxana rəsmiləri qan nümunələrinin Keniya Tibbi Araşdırma İnstitutu  laboratoriyalarına göndərildiyini bildirib.

QAZİLER.AZ

Diaspora