Koreyalı avtomobil istehsalçıları "Kia" və "Hyundai" hər iki avtomobil markasının Rusiyadan getməsi ilə bağlı məlumatları şərh etməkdən imtina ediblər.
Qaziler.az bildirir ki, bu barədə İzvestiya məlumat verib.
Çərşənbə günü səhər hər iki şirkətin rəsmi dilerləri "Hyundai" və "Kia"-nın Rusiya bazarını tərk etmək planlarının olmadığını bildiriblər. Dilerlər “İzvestiya”ya təsdiqləyiblər ki, onların işləri əvvəlki qaydada davam edir.
Bundan əvvəl mediada "Kia" və "Hyundai"-nin Yeni ildən əvvəl Rusiya bazarını tərk etməyə hazırlaşdıqları, həmçinin qalan malları satdıqları və çeşidlərini Çin markalarına dəyişdirdikləri barədə məlumatlar yayılmışdı.
QAZİLER.AZ