Ukrayna Silahlı Qüvvələrinin “Akinci” pilotsuz uçan aparatını dəqiq nə vaxt alacağını söyləmək çətindir. Bunun üçün üçün Ukraynada Türkiyənin "Baykar" şirkətinin zavodunu tikmək lazımdır.
Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” “Defence Express”in eksperti İvan Kiriçevskinin açıqlamasına istinadən xəbər verir.
Ötən həftə “Baykar Makina” şirkətinin baş direktoru Haluk Bayraktar açıq şəkildə anlatdı ki, Ukrayna ordusu ən son PUA ala bilər.
"Bayraktar Akıncıya gəlincə, bildiyimə görə, məsələ nəzərdən keçirilir. Ukrayna ordusu bizim nə istehsal etdiyimizi və nəyə sərmayə qoyduğumuzu yaxşı anlayır. Ona görə də planımız burada (Ukraynada - red.) əlimizdə olan bütün sistemləri istehsal etməkdir" - deyib.
Qeyd edək ki, Türkiyə hökuməti 2023-cü ilin iyununda Ukraynada Bayraktar TB2 və "Akıncı" istehsalının qurulmasına icazə verib. Bayraktarın sözlərinə görə, bu, tərəflərin layihənin həyata keçirilməsinə nə qədər yaxın olduğunu nümayiş etdirir.
QAZİLER.AZ