Ömer Çelik Fransa XİN başçısından Ağrı dağı paylaşımını silməyi tələb etdi

Ömer Çelik Fransa XİN başçısından Ağrı dağı paylaşımını silməyi tələb etdi backend

Fransa xarici işlər naziri Katrin Kolonnanın Ermənistana səfəri çərçivəsində “X” sosial şəbəkəsində Ağrı dağının rəsmini istifadə etməsi savadsızlıqla yanaşı, böyük bir səhvdir.

Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, həmin paylaşım silinməlidir.

“O paylaşım silinməlidir! Ağrı dağının rəsminin bu şəkildə istifadə olunması böyük diplomatik xətadır”, - deyə Çelik qeyd edib. (oxu.az)

Mənbə: İHA

Diaspora