Yeddi dövlət Rusiyanın Suriyanı bombalamasına qarşı - BƏYANAT

Yeddi dövlət Rusiyanın Suriyanı bombalamasına qarşı - BƏYANAT backend

Yeddi dövlət - ABŞ, Türkiyə, Almaniya, Böyük Britaniya, Fransa, Qatar və Səudiyyə Ərəbistanı Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatla bağlı birgə bəyanat imzalayıb. APA-nın “Anadolu” agentliyinə istinadən xəbərinə görə, bəyanatda Rusiyadan Suriya müxalifətinə və mülki əhaliyə qarşı hücumlara dərhal son qoyması və sadəcə, İŞİD-lə mübarizəyə yönəlməsi tələb edilir:

“ABŞ, Almaniya, Birləşmiş Krallıq, Fransa, Qatar, Səudiyyə Ərəbistanı və Türkiyə hökumətləri olaraq, Rusiya Federasiyasının Suriyadakı son hərbi fəaliyyətləri haqqında aşağıdakıları bəyan edirik:

Rusiya Federasiyasının Suriyada hərbi qüvvə cəmləşdirməsindən və xüsusən Rusiya Hava Qüvvələrinin dünəndən bəri Hama, Hums və İdlibdə mülki əhali arasında itkilərə səbəb olan və İŞİD-i hədəf almayan hücumlarından dərin narahatlıq duyuruq. Gərginliyi artıran bu hərbi fəaliyyətlər ifrat radikalizmin daha da qızışdırılmasından başqa heç bir məqsəd xidmət etməyəcək. Rusiya Federasiyasını Suriya müxalifətinə və mülki əhliyə yönəlmiş hücumlara dərhal son qoyaraq, diqqətini İŞİD-lə mübarizəyə yönəltməyə çağırırıq”.

Xatırladaq ki, Rusiya hərbi təyyarələrinin bombardmanları nəticəsində Suriyanın Hums şəhərində 36 mülki şəxsin öldüyü barədə məlumatlar yayılıb. Türkiyənin xarici işlər naziri Firudin Sinirlioğlu mülki əhalinin hədəf alınmasından narahat olduqlarını bildirib.

Diaspora