Hindistanda daşqınlar nəticəsində 14 nəfər ölüb, 120 nəfər itkin düşüb

Hindistanda daşqınlar nəticəsində 14 nəfər ölüb, 120 nəfər itkin düşüb backend

Hindistanın Sikkim əyalətində baş verən daşqın nəticəsində ilkin məlumata görə, 14 nəfər həyatını itirib, 23-ü əsgər olmaqla 120 nəfər itkin düşüb.

Qaziler.az bildirir ki, Hindustan Times-ın məlumatına görə, Sikkim Dövlət Fəlakət İdarəetmə İdarəsinin baş direktoru Prabhakar Rai qeyd edib ki, yerli vaxtla saat 22:00 radələrində Laçen bölgəsində suyun səviyyəsi qəfil qalxıb və daşqın baş verib.

Ştat rəsmiləri ilkin məlumatlara görə, daşqın nəticəsində 14 nəfərin həyatını itirdiyini, 23-ü əsgər olmaqla 120 nəfərin itkin düşdüyünü açıqlayıb.

Ordudan verilən açıqlamada bölgədəki hərbi qurumda olan 23 hərbçinin sel zamanı itdiyi bildirilib.

QAZİLER.AZ

 

Diaspora