Xorvatiyada plastik fabriki 10 saatdan çoxdur yanır - FOTO - VİDEO

Xorvatiyada plastik fabriki 10 saatdan çoxdur yanır - FOTO - VİDEO backend

Bu gün Xorvatiyanın şərqində plastik fabrikdə yanğın baş verib. Yanğın artıq 10 saatdan çoxdur ki, davam edir.

Bu barədə RBC-Ukrayna “Balka Insight”a istinadən məlumat yayıb.

Qatı tüstü  Xorvatiyanın şərqindəki Osiyek şəhərinin cənubunda qalxıb. Yanğın oradakı plastik zavodunda  baş verib. Beş metr hündürlüyündə bir neçə min kvadratmetr plastik tullantı və zavodun istehsalat obyektlərindən biri yanıb.

Osiyek merinin müavini Draqan Vulin qeyd edib ki, yanğının dəqiq səbəbləri hələlik məlum deyil, bunu istintaq müəyyən edəcək.

Yanğın xarici plastik emalı sahəsindəki istehsal müəssisəsindən uzaqda başlayıb. Yanğınsöndürənlər yanğın yerindən 1500 litr natrium hidroksid və 1000 litr hidroxlorid çıxarıblar.

“Biz başa düşürük ki, yanğının miqyasını nəzərə alsaq, onu söndürmək bir neçə gün çəkə bilər”, - Vulin bildirib.

Onun sözlərinə görə, qonşu Beli Manastırın Osiyek şəhərinin bütün yanğınsöndürənləri, eləcə də Osiyek ərazisi və ətrafının 21 könüllü yanğınsöndürmə şirkəti hazırda hadisə yerindədir.

Vulin bildirib ki, tüstü və duman səbəbindən Osiyek sakinlərindən küçəyə çıxmamaq tövsiyə edilib, məktəblərdə dərslər ləğv edilib.

 

QAZİLER.AZ
Diaspora