“Taliban” hökuməti qeyri-qanuni əfqanları istəmir

“Taliban” hökuməti qeyri-qanuni əfqanları istəmir backend

“Taliban” hökuməti Pakistanda qeyri-qanuni yaşayan əfqanların deportasiyası qərarına qarşı çıxıb və Pakistan hökumətindən öz siyasətinə yenidən baxılmasını istəyib.

Qaziler.az xəbər verir ki, bu barədə “Taliban”ın sözçüsü Zabihullah Mücahid “X” sosial media platformasında məsələ ilə bağlı açıqlama verib.

Mücahid Pakistanın "qəbuledilməz" adlandırdığı bu qərarı nəzərdən keçirməli olduğunu bildirib.

Əfqan qaçqınların Pakistanın təhlükəsizlik problemləri ilə heç bir əlaqəsi olmadığını qeyd edən Mücahid, əfqanlar Pakistanı könüllü tərk etdikcə Pakistanın dözümlü davranmasını bildirib.

Qeyd edilib ki, Pakistandakı müvəqqəti hökumətin daxili işlər naziri Sərfaraz Buqti ölkədə qeyri-qanuni yaşayan əcnəbilərə könüllü olaraq Pakistanı tərk etmələri üçün noyabrın 1-nə qədər vaxt verildiyini, 1 noyabrdan sonra bütün əcnəbilərin deportasiya ediləcəyini açıqlayıb.

QAZİLER.AZ

Diaspora