Falçı öləcəyini dedi, 1 gün sonra qız öldü - Təfərrüat

Falçı öləcəyini dedi, 1 gün sonra qız öldü - Təfərrüat backend

Braziliyada 27 yaşlı qız falçı ona tezliklə öləcəyini dedikdən bir gün sonra dünyasını dəyişib. Məlum olub ki, qız halı falçının verdiyi şokoladı yedikdən sonra qəfil pisləşib.

Qaziler.az xəbər verir ki, bu barədə məlumat “New York Post” qəzetində dərc edilib.

Belə ki, Braziliyanın Maceio şəhərinin mərkəzində yaşlı qadın gəzintiyə çıxan Kruz Pinto adlı gənc qızı saxlayıb və falına baxmaq istədiyini deyib.

Gənc qız təklifi qəbul edib. Əl falına baxan qadın Pintoya bir günlük ömrü qaldığını deyib. Bundan sonra falçı qıza paketlənmiş şokolad verib.

Pintonun əmisi qızı Bianca Cristina bildirib ki, Pinto şokoladın qablaşdırıldığı üçün hər hansı təhlükə yarada bilməyəcəyini düşünüb və ac qaldığı üçün onu yeməyə qərar verib.

Şokoladı yedikdən bir neçə saat sonra qız özünü çox pis hiss etməyə başlayıb və şiddətli mədə ağrıları, görmə qabiliyyətinin itirilməsi və qusma kimi simptomlar baş qaldırıb. Pintonun mədə problemləri olduğu üçün baş verənləri adi hal kimi qəbul ediblər və prosesi gecikdiriblər.

Daha sonra Pinto avqustun 4-də şokolad yedikdən bir gün sonra dünyasını dəyişib.

QAZİLER.AZ

Diaspora