“Fövqəladə hallar barədə xəbərdarlıq sisteminin yoxlanması nəinki məqsədəuyğundur, həm də zəruridir”.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, Yaponiya təcrübəsini misal göstərib və digər sahələrdə də təlimlərə ehtiyacın olduğunu vurğulayıb.
“Bu, sadəcə uyğun deyil, zəruridir. Baxın, Yaponiya artan seysmik təhlükə şəraitində yaşayır, orada mütəmadi olaraq təcili evakuasiya təlimləri keçirilir, uşaq bağçalarında olan uşaqlardan tutmuş qocalara qədər hamı buna öyrəşib. Digər sahələrdə də təlimlər lazımdır”, - Peskov bildirib.
Qeyd edək ki, bu gün Rusiyada xəbərdarlıq sistemləri sınaqdan keçiriləcək.
QAZİLER.AZ