Finlandiya Rusiyanın Aland adalarındakı konsulluğunu bağlamamaq qərarına gəlib

Finlandiya Rusiyanın Aland adalarındakı konsulluğunu bağlamamaq qərarına gəlib backend

Finlandiya Xarici İşlər Nazirliyi Aland arxipelaqının silahsızlaşdırılmış statusundan imtina etmək və ada paytaxtı Mariehamndakı Rusiya konsulluğunu bağlamaq niyyətində deyil.

Qaziler.az xəbər verir ki, bu barədə YLE yayım portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Diplomatik şöbə əmindir ki, belə bir qərarın icrası hüquqi baxımdan kifayət qədər mürəkkəbdir.

Qeyd olunur ki, Finlandiya prezidenti Sauli Niinistö ölkənin Xarici İşlər Nazirliyinə bu məsələ ilə bağlı hesabat hazırlamağı tapşırıb.

QAZİLER.AZ

Diaspora