ABŞ Rusiya ilə eyni gündə xəbərdarlıq sistemlərini sınaqdan keçirəcək

ABŞ Rusiya ilə eyni gündə xəbərdarlıq sistemlərini  sınaqdan keçirəcək backend

ABŞ-da ictimai xəbərdarlıq sistemləri oktyabrın 4-də sınaqdan keçiriləcək. Həmin gün Rusiyada da analoji yoxlamanın keçirilməsi planlaşdırılır.

Qaziler.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə, təftiş Şərq vaxtı ilə saat 14:00-da başlayacaq. Mütəxəssislər televizor, radio və telefonlar üçün fövqəladə xəbərdarlıq sistemlərini sınaqdan keçirmək niyyətindədirlər.

Bundan əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti oktyabrın 4-də Rusiya Federasiyasının bütün ərazisində ictimai xəbərdarlıq sistemlərinin yoxlanılacağını bildirmişdi. Vətəndaşlardan hava hücumu sirenləri səsləndikdə təşvişə düşməməyə, həmin an televiziya və radioda yayımlanacaq məlumatlara qulaq asmağa çağırılıb. Yoxlama xəbərdarlıq sistemlərinin işini, habelə sistemləri işə salmaq səlahiyyəti olan növbətçi heyətin hazırlığını obyektiv qiymətləndirməyə imkan verəcək.

QAZİLER.AZ

Diaspora