Prokopenko yenidən "Azov" alayına rəhbərlik edir

Prokopenko yenidən "Azov" alayına rəhbərlik edir backend

Ukraynanın daxili işlər naziri İqor Klimenko oktyabrın 3-də bildirib ki, "Azov" alayının komandiri, polkovnik-leytenant Denis Prokopenko yenidən alaya rəhbərlik edir.

Qaziler.az bildirir ki, bu barədə Klimenko "Ukraynskaya pravda"ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Prokopenko "Azov"un kadr hazırlığına cavabdehdir.

Xatırladaq ki, 2022-ci ilin mayında Rusiya Müdafiə Nazirliyi Prokopenko da daxil olmaqla 2439 "Azov" alayı hərbçilərinin təslim olduğunu elan etmişdi.

QAZİLER.AZ

Diaspora