Kosovo Baş naziri Albin Kurti Serbiyanın regional əməkdaşlığa həvəsli olmadığını vurğulayaraq: "Bir həftə əvvəl gördüyümüz kimi, Serbiya ərazimizi ilhaq etmək üçün hərbi planlar üzərində işləyir" deyib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Serbiyanın davranışlarına görə ondan hesab istənilməsinin lazım olduğuna diqqət çəkən Kurti, Kosovo hökumətinin tərəflərin bərabərliyi və Avropa standartlarına söykənməli olan regional əməkdaşlıq mövzusunda dəqiq bir mövqeyi olduğunu deyib.
QAZİLER.AZ