Berlin prokurorluğu Rusiya Evinə qarşı bütün araşdırmaları dayandırıb.
Qaziler.az bildirir ki, Bild qəzeti bazar ertəsi, oktyabrın 2-də Almaniya paytaxtının prokurorluğuna istinadən xəbər verir.
Rusiya Evinin fəaliyyətinin yoxlanılması Bundestaqın keçmiş deputatı Volker Bekin təşəbbüsü ilə 2023-cü ilin yanvarında başlayıb. Xüsusilə, qurum sanksiyalardan yayınmaqda şübhəli bilinirdi.
“Lakin Berlin prokurorluğu Bild-ə təsdiqləyib ki, Rus Evi və onu idarə edən agentliyə qarşı bütün araşdırmalar dayandırılıb. Bu qərarın verilməsinə səbəb barəsində istintaq aparılan şəxslərin diplomatik statusu göstərilib”, - məlumatda deyilir.
Bek artıq prokurorların qərarından şikayət verib və Rusiya Evinin liderlərini persona non-qrata elan etməyə çağırıb.
QAZİLER.AZ