İsveçin xarici işlər naziri Tobias Billstrom pasportunu unutduğu üçün Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü üçün Ukraynaya daxil ola bilməyib.
Bu barədə “RBC-Ukrayna” “Die Presse”yə istinadən məlumat yayıb.
Nəşr diplomatik dairələrdəki öz mənbələrinə istinadən yazıb ki, Billstrom pasportu olmadığı üçün Polşa-Ukrayna sərhədində ölkəyə buraxılmayıb.
Macarıstan, Polşa və Latviya nazirləri də görüşdə iştirak etməyiblər.
Macarıstanın xarici işlər naziri Peter Siyarto əvvəldən iştirakdan imtina edib. Latviyanın xarici işlər naziri Krişyanis Karinşa və polşalı həmkarı Zbiqnev Rau isə koronavirusa görə iştirak etmədilər.
QAZİLER.AZ