Vuçiç Avropa İttifaqına daxil olmağı Serbiyanın prioriteti adlandırıb

Vuçiç Avropa İttifaqına daxil olmağı Serbiyanın prioriteti adlandırıb backend

Serbiya prezidenti Aleksandar Vuçiç CNN telekanalına müsahibəsində ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünün onun üçün prioritet olduğunu bildirib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Priştina ilə danışıqlardan danışan Serbiya lideri Belqradın konstruktiv dialoq tərəfdaşı olduğunu və güzəştə getdiyini, lakin qarşı tərəfin “tədrici etnik təmizləmə” apardığını qeyd edib.

“Biz həmişə danışıqlara hazırıq. Lakin Aİ-də hər kəsin artıq başa düşdüyü bir şey odur ki, Priştina serb icmalarından ibarət icma yaratmağa hazır deyil. Bu, ən böyük maneədir”, - deyə siyasətçi qeyd edib.

QAZİLER.AZ

Diaspora