Meksika prezidenti ABŞ-ı Ukrayna əvəzinə Latın Amerikası ölkələrinə kömək etməyə çağırıb

Meksika prezidenti ABŞ-ı Ukrayna əvəzinə Latın Amerikası ölkələrinə kömək etməyə çağırıb backend

ABŞ-ın Ukraynaya hərbi xərcləri “məntiqsizdir”,  Vaşinqton Latın Amerikası ölkələrinə kömək etmək üçün daha çox vəsait yönəltməlidir.

RBC-Ukrayna The Guardian-a istinadən xəbər verir ki, bunu Meksika prezidenti Andres Manuel Lopes Obrador deyib.

"Mən indi Ukraynaya hərbi yardımın  təsdiqlənmədiyini sadəcə seyr etdim. Amma Ukraynaya nə qədər vəsait ayırıblar? 30-50 milyard dollar. Bu, baş verə biləcək ən ağılsız addımdır. Bu, zərərlidir", - Meksika prezidenti  deyib.

Nəşr aydınlaşdırır ki, Lopez Obrador uzun müddətdir ki, ABŞ-ı miqrasiya təzyiqini azaltmaq üçün Mərkəzi Amerika və Karib hövzəsinin iqtisadi inkişafı üçün daha çox vəsait ayırmağa çağırıb.

Adi gündəlik mətbuat konfransı zamanı Lopez Obrador ABŞ Konqresini Latın Amerikası regionu üçün vəsait ayırmadığına görə tənqid edib.

QAZİLER.AZ

Diaspora