Bildirilib ki, ilin əvvəlindən ABŞ-da silahlı zorakılıq nəticəsində ölən uşaqların sayı 1300-ü keçib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ Silah Şiddəti Arxivinin internet saytındakı məlumatlarda ilin əvvəlindən bəri ABŞ-da silahlı zorakılıq nəticəsində həyatını itirənlərin ümumi sayı 32 min 548, yaralananların sayı isə 28 min 338 olub.
Eyni arxiv qeydlərində silahlı hücumlarda həyatını itirən 1324 uşaqdan 1096-nın 12-17 yaş arasında, 230-nun isə 11 yaşdan kiçik olduğu qeyd edilib.
Son 9 ayda silahlı hücumlarda ümumilikdə 18 yaşdan kiçik 3570 uşağın yaralandığı paylaşılıb.
QAZİLER.AZ
![](https://img.qaziler.az/gallery/2023/10/147085_651b165f850c8.jpg)