Çinin Zhejiang əyalətində sahilə dəyən nəhəng dalğalar səbəbindən turistlər böyük qorxu yaşayıb, ən azı 2 nəfər yaralanıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Çinin şərqindəki Zhejiang əyalətinin Haining şəhərində Qiantang çayında meydana gələn nəhəng dalğalar sahildə olan ən azı iki turisti yaralayıb.
Hadisə şahidlərinin yerli mətbuata verdiyi məlumata görə, birinci nəhəng dalğadan sonra çoxlu insan sahildən uzaqlaşmağa çalışsa da, ikinci dalğa 25 metr uzunluğundakı məhəccərləri dağıdıb.
Qaziler.az hadisənin görüntülərini təqdim edir: