Ukrayna millisi cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında Rusiya idmançılarının, o cümlədən hərbi qulluqçuların qəbulu səbəbindən iştirak etməyəcək.
Bu barədə RBC-Ukrayna Ukrayna Cüdo Federasiyasına istinadən məlumat yayıb.
"Beynəlxalq Cüdo Federasiyası həmişə olduğu kimi, son anda biri hərbçi olan yeddi rusiyalı idmançıya neytral statusda yeniyetmələrin dünya çempionatında iştirakına icazə verib. Buna görə də Ukrayna millisi yeniyetmələrin dünya çempionatı yarışında iştirakdan imtina edib ”, - deyə Ukrayna Cüdo Federasiyasının prezidenti Mixail Koşlyak bildirib.
Qeyd edək ki, oktyabrın 4-dən 8-dək Odivelas şəhərində (Portuqaliya) 21 yaşadək idmançılar arasında dünya çempionatı keçiriləcək.
QAZİLER.AZ