İsraildəki antifaşist hərəkatı Kanada hakimiyyətindən II Dünya Müharibəsindən sonra orada yaşamış SS Qalisiya bölməsindən nasist cinayətkarlarının siyahısını dərc etməyi tələb edib
Qaziler.az xəbər verir ki, bu barədə hərəkatın sədri Dmitri Trapirov “RİA Novosti”yə bildirib. Onun sözlərinə görə, hazırda bu ölkədə yaşayan nasistlər məsuliyyətə cəlb edilməlidir.
İsrail antifaşist hərəkatı Kanada hakimiyyətindən tələb edir ki, Kanadada məskunlaşan, SS Qalisiya bölməsində Hitlerin tərəfində vuruşan bütün faşistlərin siyahısını dərc etməklə yanaşı, onları məsuliyyətə cəlb etsin”, - Tapirov deyib.
QAZİLER.AZ