Almaniya Rusiya avtomobillərinin müsadirə edilməsinə qarşı çıxıb

Almaniya Rusiya avtomobillərinin müsadirə edilməsinə qarşı çıxıb backend

Bavariya parlamentindəki “Almaniya üçün Alternativ” fraksiyasının rəhbəri Ulrix Zinqer bildirib ki, Avropa ölkələri Rusiya dövlət nömrə nişanlı avtomobilləri müsadirə etməklə münaqişənin genişlənməsinə təhrik edirlər.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, o bu barədə NSN-ə müsahibəsində deyib. O qeyd edib ki, bir çox dövlətlər Aİ-nin sanksiyalarını səhv başa düşüb və onları adi vətəndaşlara qarşı tətbiq edirlər.

Zingerin sözlərinə görə, alman sakinlərinin əksəriyyəti Rusiyaya qarşı indiki qadağalar barədə heç nə eşitməyiblər.

“Mən bunu sadə insanlara deyəndə şoka düşürlər ki, adi bir adam bura öz maşını ilə gələ bilməz. Bu, sadəcə, dəhşətlidir”, - deyə siyasətçi bildirib.

Onun fikrincə, Aİ ölkələri məhdudiyyətləri sadə vətəndaşlara qarşı yönəltməklə, eskalasiyaya can atır və Rusiya ilə bütün münasibətləri pozur.

QAZİLER.AZ

Diaspora