“Actimel” Rusiyada adını və qablaşdırma dizaynını dəyişir

“Actimel” Rusiyada adını və qablaşdırma dizaynını dəyişir backend

H&N (Health & Nutrition) şirkəti Rusiyada yeni adla “Actimel” fermentləşdirilmiş süd məhsulunun istehsalına başlayacaq.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, istehsalçının mətbuat xidmətindən verilən məlumata görə, bu məhsullar “Actimuno” adlanacaq.

Dəyişikliklər qablaşdırma dizaynına da təsir edəcək, məhsulların texnologiyası və forması tamamilə dəyişməz qalacaq. İstehsalçı “Actimuno”nun “Actimel” kimi bütün təhlükəsizlik və keyfiyyət standartlarına cavab verəcəyinə zəmanət verir.

Qeyd olunur ki, H&N şirkəti Fransanın "Danone" şirkətinin adı dəyişdirilmiş Rusiya bölməsidir.

QAZİLER.AZ

Diaspora