Peskov Putinin ad günü planlarını açıqlayıb

Peskov Putinin ad günü planlarını açıqlayıb backend

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin 71 yaşını işləri ilə məşğul olarkən qeyd edəcək.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, onun sözlərinə görə, həmin gün - oktyabrın 7-də qeyri-rəsmi sammitlər planlaşdırılmır.

“Xeyr, qeyri-rəsmi sammit nəzərdə tutulmayıb, lakin 7-də müntəzəm tədbirlərin keçirilməsi planlaşdırılır. Biz vaxtı çatanda sizə məlumat verəcəyik”, - Peskov bildirib.

Qeyd edilib ki, ötən ilin oktyabrın 7-də Sankt-Peterburq yaxınlığındakı Konstantinovski sarayında MDB ölkələrinin qeyri-rəsmi sammiti keçirilib. Daha sonra Belarus prezidenti Aleksandr Lukaşenko Putinə ad günündə toxum səpən “Belarus-1523.3” traktoru hədiyyə edib. O, bildirib ki, “liderlər birlikdə taxıl əkib Avropaya göndərəcəklər ki, acından ölməsinlər və Ukraynadan taxıl oğurlamasınlar”.

QAZİLER.AZ

Diaspora