Tulun meri İrkutsk vilayətində saxlanılıb

Tulun meri İrkutsk vilayətində saxlanılıb backend

Rusiyada hüquq-mühafizə orqanları Tulun şəhərinin meri Yuri Karıxı saxlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə SHOT teleqram kanalı məlumat yayıb.

Onun sözlərinə görə, məmur daşınmaz əmlak dələduzluğunda şübhəli bilinir və ona qarşı cinayət işi qaldırılıb.

İrkutsk vilayətində yerləşən şəhər merinin ofisində axtarış aparılıb. Axtarışlar zamanı polis Karıxın ofisində olan bütün sənədləri götürüb. Şəhər merinin özü İrkutska aparılıb.

Qeyd olunur ki, Yuri Karix son bir həftə ərzində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan ikinci mer olub. Bundan əvvəl Komidə Peçora administrasiyasının rəhbəri Valeri Sadov saxlanılıb, o, xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinir.

QAZİLER.AZ

Diaspora