Cəmi 77 ədəd hazırlanacaq “Porsche”nin yeni modeli

Cəmi 77 ədəd hazırlanacaq  “Porsche”nin yeni modeli backend

“Porsche”nin “Rennsport Reunion 7” qapılarını amerikalı tamaşaçıların üzünə açıb.

Qaziler.az xəbər verir ki, “Porsche” Kaliforniyada keçirilən tədbirdə 911 GT3 ailəsinin yeni versiyası olan “GT3 R Rennsport”u təqdim edib.

Avtomobilin yalnız kapotu və damı GT3 R ilə eynidir. Bütün digər hissələri isə yarış avtomobillərindən fərqlidir.

Güzgülərin belə çıxarıldığı model, kabinədəki monitorla izlənilə bilən 3 kameralı sistemə malikdir.

Avtomobil daxili məkanın çox hissəsini əhatə edən yuvarlanan qəfəsə görə tək oturacaqlı avtomobil kimi dizayn edilib.

Nəhəng arxa qanadı ilə diqqət çəkən modelin 4,2 litrlik atmosfer mühərriki var. Birbaşa GT3 yarış avtomobilindən götürülən mühərrik 621 at gücü hasil edə bilər.

Hər bir avtomobil həvəskarının xəyal etdiyi bu model “Porsche”nin xüsusi modellərindən biri olacaq. Alıcılar yalnız 7 rəng variantı və üç kabin dizaynı arasından seçim edə biləcəklər.

Avtomobilin qiyməti 1 milyon 046 min dollardan başlayacaq və cəmi 77 ədəd istehsal olunacaq.

QAZİLER.AZ

Diaspora